BAKÜ MEKTUPLARI
Tevfik
Abdin
|
|
|
atofiq@hotmail.com
|
ВİDA ÖNCƏSİ YENİ BİR KİTAB
…Azərbaycan mənim yazıçı həyatımın ən önəmli kilometr
dirəklərindən biri olmuşdur.
Abdluhamit bəy Avşar
Abdulhamit bəy Avşar mənə görə ikinci kitabını ( amma üçüncü
kitabı - AZƏRBAYCAN YAZILARI ) və özü də çox samballı bir
ziyalı tərəfindən ÖN SÖZ yazılmış kitabını (vallah,mən
bilmirəm Türkiyədə bu moddadır, ya yox amma bizlərdə artıq
bu ön söz, uğurlu yol,nə bilim daha nə kimi şeylər artıq öz
dəyərini itirib.Komunistlik dövründə bir kitabın çapını
xilas eləmək üçün belə şeylərə gedilirdi. İndi isə nə
Kommunist partiyası var, nə də onu əvəz edəcək bir
təşkilat.İndi «vur getsin çal oynasın» zamanıdır və ona görə
də belə şeyləri görəndə, adamı qara basır) mənə verəndə və
mən həmin kitabı oxumazdan öncə vərəqləyəndə ağlımdan keçən
sual bu oldu: Abdulhamit bəy Avşar nədən bu kitabı yazıb və
yazmaqda məqsədi nədir? Doğrudur həmin ön sözdə buna bir
işarət var: «Azərbaycan coğrafi bir bir körpüdür,çünki
anadolu ilə Orta Asiya arasında kontitental bir
bütövlük,yaradır,mədəniyət körpüsüdür,çünki bu iki
coğrafiyanı ən yaxşı anlayıb dərk edə bilən bir tarixi
bazisə malikdir»
Amma, yenə də daha sonra mən bu kitabın başqa bir
məziyyətini bilən kimi,yəni Abulhamit bəy bu kitabdakı
zəhmətinə görə heç kimdən bir qəpik olsun pul-para,təlif
haqqı almayıb və onu ancaq tanışlara dağıtmaq,bağışlamaq
üçün yazıb, o zaman sualımın cavanı özüm verməli oldum : mən
Türkiyədə yaşayarkən tonlarla yazını nədən bir qəpiksiz
yazdım? Əslində bu sualın da cavabı bir az çətin tapılar,
amma, mənim içimdə bir Türkiyə yanğısı vardı və türk
mətbuatında bir yazımın çap olunmasına tamarzılıq yaşayırdı
və mən bax bu vəya başqa nədənlə də, orada tonlarla yazı
yazdım, təlifsiz- filansız.Amma sonra həmin yazıların
bəzisini kitablaşdırdım : AH İSTANBUL… İSTANBUL… adı
altında.
Və Abdulhamit bəyin kitabı, təxminən belə bir şeydir, amma
Abdulhamit bəyin ürəyindən mənim ürəyimdən keçənlər keçibmi
bilmirəm.Yəni, həqiqətən Azərbaycanda yazılar çap etdirmək
və bununla da məmnunuluq duyub,fəxr etmək kimi bir şey
Abdulhamit bəyin qələminin və ya kompüterinin borcu
olub,olmayıb bax, bu mənə bir o qədər də məlum deyil,amma
təxminən elə bir şeyin olduğu ortada.Çünki Abdulhamit bəy
bu yazıları yazanda dediyim kimi heç bir təlif güdməyib və
təlif güdsə də, bu təlif məndən fərqli onun üçün yaşamaq
vasitəsi olmayıb.Buna görə də mən onun özünün yazısından bir
sitatı buradaca vermək istərdim.Yəni bu yazılar neyçin
yazılıb və bu yazıları neyçin kitablaşdırıb?
Sitat : «Son olaraq bunu qeyd etmək istəyirəm ki,bu
məqalələr,Azərbaycana hasil olan hər məhsulun mümkün olduğu
qədər bu qardaş ölkədə qalması məqsədiylə qələmə
alınmışdır.»
Təbii ki, türk dünyası ilə yaxından tanış olan və türk
dünyası ədəbiyyatını yaxından təqib edən, izləyən bir oxucu
üçün bu yazılardakı bir çox bilgilər məlum olsa da, bu
bilgilər tarixin arxasında, tarixin illərinin qatında
qalması bəlli və məhz Abulhamit bəy artıq tarixləşən,bəlkə
get-gedə unudulan həqiqətləri bir daha işıq üzünə
çıxarır.Onları bizlərə təqdim etməkədən həm məmnunluq
duyur,həm də düşünür ki,mənim Azərbaycana sevgim bu
yazıların içindən ən azından bir neçə oxucuya çatacaqsa, o
zaman boşuna yaşamamışam.
Və mən Azərbaycanda son illərdə çalışan iki türk ziyalısı -
ABDULHAMİT BƏY AVŞAR və artıq vəzifə zamanı bitdiyi üçün
bizləri tərk edən FETHİ BƏY GEDİKLİNİN Azərbaycan sevgisinin
bu qədər ağılalmaz olduğunu dərininə vara bilmirəm və
doğrudana da onlar nə kimi bir insanlar və ziyalıdırlar
ki,özlərini əslində Azərbaycan uğrunda demək olar ki, şəhit
etmiş qəhrəmanlar kimidir və bu sevgi təkcə onların görəv,
vəzifə borcu olaraq qalmır və həm də bunun anlaşılmaz
tərəfləri də var.Necə ki, Əli bəy Hüseyinzadə Türkiyədə
böyük çətinliklərlə üzləşsə də və onun ölümündən sonra
dünyanın ən məhşur rəssamları sırasında yer alan yeganə oğlu
Türkiyədən Fransaya gedib geri qayıtmadısa da bu QOCANI VƏ
ONNU OĞLUNU Türkiyə və və türklük sevgisi heç zaman tərk
etmədi və sonuna qədər getdilər.İndi bunu xatırlatmaq yerinə
düşdü, ama, mən bunları AH İSTANBUL…İSTANBUL… kitabımda
geniş anlatsam da hələ də mən bu sevginin ( özü də
birtərəfəli sevginin) bu qədər uca olduğunu, həttda
qısanclıqla qarşılayıram.Yeri gəlmişkən Almas İldırım üçün
keçirilən simpozumun,onda birini biz bu qoca insana
eləmədik.Niyə eləmədik? Nədən eləmədik? Bu suallara heç kim
və heç zaman cavab verə bilməyəcək.Və bu baxımdan mən bu iki
ziyalının Abdulhamit bəy Avşarın və Fethi Gediklinin bizim
üçün,bizim məmləkət üçün elədiklərinin bu qədər səssiz
qarşılanmısını iç ağıları ilə yaşayıram.Təbii ki, sevgi iki
tərəfli olsa yaxşıdır.Mən bilən Abdulhamit bəy bu işləri
görərkən bunu ağlına belə gətirməmiş və onsuz da artıq tarix
olan yazılarının taleyi onu çox maraqlandırmış və bir müddət
keçəndən sonra saralacaq və bəlkə də yoxa çıxacaq (
xüsusiylə Azərbaycan mühitində ) qəzet və dərgi yazılarına
daha uzun ömür vermək üçün kitab şəklində çap etdirməyi
qarışsına məqsəd qoymuşdur.
Bu kitab bir neçə məziyytinə görə əvəzsizdir.Onlardan ən
başlıcası … bunu mən öz adımdan yazmaqdansa, elə Abdulhamit
bəyin öz yazdıqlarına isnad edim.Sonra davam edərəm.
Sitat : «Digər tərəfdən,kitabdakı yazılar yayımlandığı qəzet
və jurnallarda hansı türk ləhcəsində nəşr
edilmişdisə,kitabda da eyni şəkildə verilmişdir.Beləliklə
həm məqalənin orjinal halına sadiq qalmağa çalışılmış,eyni
zamanda iki qardaş ləhcənin bir arada olması sağlanmışdır».
Və məhz bu keyfiyyət oxucunu daha çox maraqlandırır və
üstəlik də bu kitabın İstanbulda maraq doğurmasını bir o
qədər inad etəməsək də, Anadoluda və Anadoluya bağlı
yerlərdə son dərəcə maraqla qarşılanacağı və oxunacağı
şəksizdir.O nədənlə ki,burada Anadolu torpaqlarıüçün şəhid
olan və eyni zamanda bütün keyfiyyətləri ilə Anadolunun bir
parçası kimi diqqəti çəkən Azərbaycan torpaqları üçün şəhid
düşən əsgər və insanların həyatı onun səhiflərinə bir toxum
kimi səpilmişdir.Çox böyük ümidimiz var ki,bu kitab tarixin
yükünün altında qalmaz,o çox dəyərli bir kitab olaraq
oxucuları maraqlandıracaq.Nə qədər ki,bu yerlərin
insanlarının damarlarında türk qanı axır bu yazılara maraq
da olacaq.Təbii ki,mən bu sətirləri sonuc olaraq
yazmalıydım, amma məhz barmaqlarımdan və ağlımdan axıb
gəldiyi üçün buradaca yazdım və sonluq güman ki, özü
gələcək.
Abdulhamit bəyin kitabının adı AZƏRABACAN YAZILARI və
kitabda toplanan yazılarda Azərbaycan sevgisi alt qatlardan
vurub üst qatlara çıxdıqca yazarın daha bir keyfiyyəti -
ARAŞDIRMAÇI səriştəsi oxucunu sehirləyir.Dövlət görəvini
yerinə yetirməklə (TRT televizyonunun Bakı təmsilçiliyinin
şefi) bu boyda bir işin öhtəsindən gələ bilmək
minnətdarılıqla qarşılanmalıdır.Mən dövlət deyiləm, mən
təşkilat deyiləm.Mən bir oxucuyam və mən insan əməyini
qiymətləndirməyi bacarıram və özü də qürbətdə heç dəxli
olmayan bir işi görənlərə torpaq sahiblərinin qürbətçinin
əməyinin dəyərləndirməsinin nə olduğunu da başa düşürəm.Mən
iddia etmirəm,yox iddia etmirəm, biz Mişel Platinini də
dəyərləndirək, amma özümüzün içimizdən baxan, bizlərdən biri
olan, gözəl işlər görən insanların zəhmətinin
dəyərləndirilməsini də diqqətdən qaçırmayaq.Belə olmayanda
insanı ağrıdır ədalətsizlik.Yox, Abdulhamit Avşar bəy
əfəndi bu əvəzsiz işləri üçün heç bir mükafat və yada nəsə
gözləmir, amma şayət bütün bunlar olursa, nədən o buna layiq
görülməsin?Yox, Abdulhamit bəy uzun illər bu yazıları
yazarkən onları kiminsə mükafatlandıracığını düşünüb
düşünməməsmni bir qırağa qoyaq,çox böyük bir tarix olacaq bu
əsərin təkcə professor Nizami Cəfərov tərəfindən ön sözlə
dəyərləndərilməsi məncə çox azdır… hər halda çox azdır.
Kitabdakı yazılar İKİ HİSSƏYƏ bölünmüşdür,müəllif
tərəfindən.Və yenə də onun özünə müraciət edək : «Kitab iki
ana bölümdən ibarətdir: Birinci bölümə 525-ci qəzet və Yom
jurnalı başda olmaqla,müxtəlif Azərbaycan qəzeti və
jurnalları ilə Türkiyənin dünya miqyasında məhşur
çoğrafiya və kəşf jurnalı «Atlas» da yayınlanan «KARABAĞ
SÜRGÜNLƏRİ» bşlıqlı məqalələr və CEHUNDAN CEYHUNA
beynəlxalq simpoziyuma təqdim edilən «CEYHANLA CEYHAN
ARASINDAKI YENİ ŞƏHR BTC» başlıqlı yazını əhatə edir.
İkinci bölümə YEŞİL KUŞAK ( QURŞAQ) TURKUZA KUŞAKMI»
başlıqlı başqa,KADİR İSMİHAN imzası ilə «ZAMAN AZƏRBAYCAN»
qəzetində təqribən iki il ərzində hər həftə qələmə alınan
məqalələr daxildir.
Əslinə Abdulhamit bəyin bu kitabının hər yazısını götürüb
ayrıca təhil etəmək və onların nə dərəcə maraqlı və dəyərli
olduğunu göstərmək lazımdır.Amma mən bilən daha çox bir
dərsliyi xatıraladan bu kitab haqqında daha geniş yazmaq da
olar və ümid edirəm ki,bu kitab bütün araşdırmaçılar üçün
son dərəcə gözəl bir mənbə olaraq qarşılanacaq və
qarşılanmalıdır.Çünki kitab hələlik birləşməyə can çəkişən
TÜRK DÜNYASI, TRÜK DÜNYASININ TARİXİNİ öyrənələr üçün son
dərəcə vacib və lazımlı bir kitabdır.
www.tofigabdin@ws.tc
SAYFA
BAŞI
Yazarın
diğer
yazıları:
ВİDA
ÖNCƏSİ YENİ BİR KİTAB
ABDULHAMİT
BEYİN VEDA BORCU!
İRAN
TÜRKLERİNE HAYKIRAN ŞAİR
İstanbul’da
BENİ HEP ALDATTILAR...
Oğlum
Metin için
Gurbette
Bir Kırık
Ses
İstanbul’da
Rus abuhavası...Kişisel düşünceler (1)
BİR
YAZI ÜSTÜNE
İLGİNÇ
ARAŞTIRMA
SAYFA
BASI
|